"Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

       23/02/2024-cü il tarixdə məktəbin "Fəaliyyət Planı"və "Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Xocalı soyqırımının otuz ikinci ildönümününə həsr olunmuş sərgi təşkil edilib. Şagirdlər  Xocalı qətliamının dəhşətlərini  kağız üzərində təsvir ediblər və həmin əsərlər  məktəbin foyesində  sərgilənib.
Sərginin hazırlanmasında "Mənim rəngli dünyam"dərnəyinin  rəhbəri Mətanət Abdullayevanın təşkilatçılığı  ilə dərnək üzvləri fəal iştirak etmişlər.Hər zaman gözəl əl işləri ilə seçilən bu şagirdlərin rəsmləri yenə də böyük maraqla qarşılandı.
     Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların əl işlərinin nümayiş etdirilməsini təmin etmək və faciənin  mahiyyətini onların  təsəvvürü nəticəsində yaratdıqları rəsm əsərləri vasitəsilə məktəbin bütün şagirdlərinə çatdırmaqdan ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi