"21 fevral- Beynəlxalq Ana Dili Günü" münasibətilə xüsusi dərs keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə  müvafiq bəndinə əsasən "Dil-ədəbiyyat fənn aylığı "çərçivəsində məktəbin dil-ədəbiyyat müəllimi Sadıqova Lamiyə 21 fevral - Beynalxaq Ana dili günü ilə əlaqədar  xüsusi dərs təşkil etmişdir. Xüsusi dərsdə  Beynəlxaq Ana dili haqqında geniş məlumat verildi.Şagirdlərin ifasında mahnılar səsləndi, şerlər dinlənildi, səhnəciklər göstərildi.
Fevralın 21-i Beynalxaq Ana dili günü kimi qeyd olunur. 1999-cu ildə Banqladeş səfirliyinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynalxaq Ana dili günü elan edilib.
Dil hər bir millətin maddi və mənəvi irsini quruyan və inkişaf etdirən ən güclü vasitədir.
Ulu Öndər Heydər Əliyev  dilimizin inkişafına böyük töhfələr vermişdir.
Onun yolunu davam etdirən Prezident İlham Əliyev, 2022-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Dövlət dili qanunu qəbul edilməsində,eləcə də
Azərbaycan dilində-latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsində çox böyük əhəmiyyət kəsb edən mühüm işlər görmüşdür.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi