"Bullinq"lə bağlı tədbir keçirilib

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən  22/02/2024-cü il tarixdə "Bullinq" mövzusuna həsr olunmuş tədbir keçirildi. Tədbirdə  məktəb psixoloqu İmaməliyeva Turanə  tərəfindən şagirdlərə Bullinqlə bağlı məlumatlar verildi. Bullingin baş vermə formaları haqqında danışan psixoloq belə hallarla qarşılaşdıqda susmağın doğru olmadığını, dərhal müəllimlərə, məktəb rəhbərliyinə və ya mütləq evə getdikdə valideynlərə məlumat verməli olduqlarını şagirdlərin nəzərinə çatdırdı.
    Bullinqin törədilmə formalarına görə bir neçə qrupa ayırmaq olar ki, bunlardan da bu gün məktəblilərin qarşılaşa biləcəkləri formalar fiziki, sözlü və kiberbullinqdir ki, bunlar barədə ətraflı məlumatlar verildi.
Görüşdə şagirdlərin aktiv iştirakları təmin edildi, sual-cavab və ya müzakirə formasında həyata keçirildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi