21 fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən,kitabxana müdiri Mədətova Ulyaxanım və kitabxanaçı Baxşəliyeva Vüsalə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil etmişlər.
İbtidai sinif müəllimi Aygün Cabarovanın rəhbərliyi ilə 3 ə sinif şagirdlərinin iştirak etdiyi bu tədbirdə şagirdlərə Ana Dili Gününün necə elan edilməsi, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 1 -də imzaladığı fərman haqqında məlumat verildi. Ana dilinə aid bir çox əsərlərin müəllifi olmuş sənət nümayəndələri -S.Vurğun,C.Məmmədquluzadə,F.bəy Köçərli,X.R.Ulutürk,Tofiq Bayram və.s.haqqında söhbət aparıldı.Eləcə də Azərbaycan xalqının bu günə qədər öz ana dilini necə qoruyub saxlamasından bəhs edildi.Daha sonra şagirdlər Ana Dilinə aid şeirlər,atalar sözləri söylədilər.
Sonda isə şagirdlər Ulyaxanım Mədətovanın təşəbbüsü ilə kitabxana ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi