Dərsdinləmələr keçirilir

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına uyğun olaraq, dərslərdə öyrətmənin keyfiyyətinin,sağlam mənəvi-psixoloji mühitin təmin olunmasının,dərsin məqsədinin düzgün müəyyənləşdirilməsinin və təlim fəaliyyətlərinin effektiv təşkil edilməsinin öyrənilməsi məqsədilə dərsdinləmələr keçirilmişdir.
    15/02/2024-cü il tarixində məktəbin tarix müəllimi Ağayeva Vüsalənin 8a sinfində dərsi dinlənilmişdir. Dərsdinləmədə məktəbin direktoru Yasin Quliyev və direktor müavini Zərifə Cəfərova iştirak ediblər.
     Yeni təlim metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi "Cütlərlə iş" formasında şagirdlərin verilən tapşırıqlar üzrə  təqdimatları oldu.
"Bakı xanlığı "mövzusunda keçirilən bu dərsin məqsədi şagirdlərlə xanlığın siyasi fəaliyyətinin və iqtisadi vəziyyətinin dəyərləndirilməsi ilə bağlı müzakirə edilməsi və bu dəyərləndirmənin hazırki vəziyyətlə müqayisəsi olmuşdur.
  Çox maraqlı keçən bu dərsdə dərsin mərhələləri və edilən fəaliyyətlər arasında məzmun əlaqəliliyi və məntiqi ardıcıllıq təmin olunmuşdur.
Müəllim həm dərsin gedişi zamanı,həm də dərsin sonunda  şagirdlərin biliklərini qiymətləndirdi. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi