Nümunəvi dərs keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə  müvafiq bəndinə əsasən 15/02/2024-cü il tarixdə məktəbin coğrafiya müəllimi və metodbirləşmə rəhbəri Abduləzimova Susanna 8d sinfində Coğrafiya fənni üzrə "Okean suyunun duzluluğu və şəffaflığı" mövzusunda nümunəvi dərs keçirmişdir. Dərsin keçirilməsində əsas məqsəd  okean sularının özünəməxsus duzluluğu, okeanda paylanma vəziyyəti və s.xüsusiyyətləri şagirdlərə çatdırmaq idi.
   Şagirdlər verilən suallar əsasında tədqiqat işi apardılar, qrup işində fəal iştirak edərək öyrəndiklərini təqdim etdilər. Daha sonra müəllim tərəfindən gətirilən  nümunələrlə təcrübələr aparıldı,şagirdlər nümunələr üzərində apardıqları təcrübələrlə bağlı məlumatlar verdilər.Dünya  xəritəsində okean sularının xüsusiyyətləri  üzrə tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirildi.Çox maraqlı keçən bu dərsdə dərsin mərhələləri və edilən fəaliyyətlər arasında məzmun əlaqəliliyi və məntiqi ardıcıllıq tam təmin olunmuşdu.
     Nümunəvi dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və tarix müəllimi Quliyeva Gülnaz  iştirak edirdilər.
    Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktorun,təlim-tərbiyə işləri üzrə direktor müavini,fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi,müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi