Dərsdinləmələr keçirilir

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına uyğun olaraq, dərslərdə öyrətmənin keyfiyyətinin,sağlam mənəvi-psixoloji mühitin təmin olunmasının,dərsin məqsədinin düzgün müəyyənləşdirilməsinin və təlim fəaliyyətlərinin effektiv təşkil edilməsinin öyrənilməsi məqsədilə dərsdinləmələr keçirilmişdir.
14/02/2024-cü il tarixində məktəbin tarix müəllimi,həm də tarix fənni üzrə metodbirləşmə rəhbəri Mürşüdova Səbinənin 8c sinfində dərsi dinlənilmişdir.Dərsdinləmədə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,tarix müəllimləri-Gülnaz Quliyeva,Vüsalə Ağayeva iştirak etmişlər.
"Xanlıqlar"mövzusu üzrə keçirilən bu dərsdə effektiv sual-cavab və müzakirə təşkil olunmuşdur.Müəllim qoyduğu məqsədə tam nail olaraq mövzunun şagirdlərə mənimsənilməsini təmin etdi.
O, həm dərsin gedişi zamanı,həm də dərsin sonunda şagirdlərin biliklərini qiymətləndirdi. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilmişdir.