MƏKTƏBDƏ İMƏCLİK KEÇİRİLMİŞDİR

9 May faşizim üzrəində qələbənin 70 illiyivə 10 may Ulu Öndər H.Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar 71 № -li tam orta məktəbdə də silsilə olaraq tədbirlər keçirilir.Tədbirin davamı olaraq, Təhsil Nazirliyi tərəfindən 9 May məktəblərdə iməclik keçirməsi tövsiyyə edildiyindən, bizim məktəbdə də iməclik məktəbin daxilində və həyətyanı sahəsində keçirilmişdir.İməclikdə müəllim kollektivi ilə şagirdlər iştirak etmişdir. Məktəbin bütün mərtəbələrindəki dəhlizlər yuyulmuş, şüşələr silinmiş və eyni zamanda işlər görülmüşdür. Sinif otaqlarındakı şüşələr silinmiş, divarlar və döşəmələr yuyulmuşdur.Sinif otaqlari ilə yanaşı dəhlizdəki, gül dibçəklərinin sayı artırılaraq hər tərəf gül, çiçəklə bəzədilmişdir. Bununla yanaşı məktəbyanı sahədəki ağacların budaqları budanmış, dibləri bellənmiş və suvarılmışdır.Bundan başqa məktəbyanı sahədə hər bir sinif özünün ərazisindəki torpağı belləmiş və müxtəlif növ ağaclar əkmişlər.