Nümunəvi dərs keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən Tarix fənn aylığı çərçivəsində məktəbin tarix müəllimi Quliyeva Gülnaz 11b sinfində nümunəvi dərs keçmişdir. Dərsdə müəllim əyani vəsaitlər-plakatlar, elektron təqdimatlar, videomateriallara istinad edərək nəzəri materialın müzakirəsini təşkil etdi. Bundan sonra  şagirdlər verilən suallar əsasında tədqiqat işi apararaq öyrəndiklərini təqdim etdilər.Tədqiqat sualları şagirdlərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının təbliğ edilməsinə yönəlmişdir.
     Fəal dərsin bütün mərhələlərinin çox gözəl şəkildə həyata keçirildiyi bu dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, fənn metodbirləşmə sədri Səbinə Mürşüdova,fənn müəllimi Xəyalə Kərimova iştirak etmişlər.
    Dərsin metodiki xüsusiyyətləri ilə bağlı fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüş keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi