Yaradıcı müəllimlər təltif olunub

         02/02/2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu təqdimat mərasimində məktəbimizin iki müəllimi-fizika müəllimi Afaq Nəbiyeva və informatika müəllimi Aytən Həsənova "Təşəkkürnamə" və hədiyyə ilə təltif olunublar.Dəfələrlə bu cür gözəl mükafatlara layiq görülən dəyərli müəllimlərimizi  məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından təbrik edirik,onlara bundan sonra da uğurlar,nailiyyətlər qazanmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi