Pedaqoji Şura iclası keçirilib

       01/02/2024-cü il tarixdə Pedaqoji şuranın növbəti iclası keçirildi.Pedaqoji şura ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına həsr olundu.Müvəqqəti olaraq məktəbdə direktor səlahiyyətlərini icra edən direktor əvəzi Zərifə Cəfərovanın rəhbərliyi ilə keçirilən bu iclaslar müəllimlər, məktəbin texniki işçiləri və valideynlərlə ayrı-ayrılıqda keçirilmişdir.

İclasın gündəliyində duran məsələlər haqqında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı, psixoloji xidmətin təşkili vəziyyəti, müəllimlərin etik davranış qaydaları,sinif rəhbərlərinin fəaliyyət istiqamətləri,valideynlərin hüquq və vəzifələri,müəssisədaxili nizam intizam qaydaları, fövqəladə hallarla bağlı təhlükəsizlik tədbirləri barədə pedaqoji şura üzvləri təkrar məlumatlandırıldı.Məruzələr ətrafında çıxışlar edildi və müvafiq qərarlar qəbul olunaraq məsul şəxslər müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi