Valideynlərlə görüş keçirilib

29.01.2024-cü il tarixdə məktəbin akt zalında 2023-2024-cü tədris ili üçün "Fəaliyyət Planı"na uyğun olaraq məktəbin direktoru Yasin Quliyevin valideynlərlə görüşü təşkil edilmişdir.
Məktəbin fəaliyyətinin daha yaxından izlənilməsi, görülən işlərlə bağlı məlumatın valideynlərə çatdırılması məqsədilə keçirilən bu görüşdə direktor təhsilimizin gündəmini təşkil edən "Məktəb-müəllim-valideyn" münasibətlərinin tənzimlənməsi, valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlayıb məktəbdə və təhsilimizdə gedən proseslər barədə ətraflı məlumat almasını təmin etməklə bağlı çıxış etmişdir.