Nümunəvi dərs keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin-peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən Kimya-Biologiya fənn aylığı çərçivəsində 24/01/2024-cü il tarixdə məktəbin Biologiya müəllimi Kərimova Xəyalə 8a sinfində nümunəvi dərs keçmişdir.

         Biologiya fənni üzrə "Tənəffüs orqanlarımızı qoruyaq" mövzusunda keçirilən bu nümunəvi dərs "MimioStudio" proqramında yığılmışdır. Müəllim şagirdlərlə diskussiya təşkil edərək nəzəri biliklərlərin mənimsənilməsini təmin etdi. Bu zaman həm İKT, həm də əyani vəsaitlərdən istifadə olundu.

     Dərsdən sonra müzakirə təşkil olunmuş,dərs haqqında fikir mübadiləsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi