Layihələrimiz Avropa Keyfiyyət Nişanına layiq görülüb

       Cari tədris ilində eTwinning' də həyata keçirilən 2002 beynəlxalq layihə üzrə çalışan müəllimlər ümumilikdə 15190  Avropa Keyfiyyət Nişanına layiq görülüb.
       Qalıb məktəblər və müəllimlər içərisində biz də varıq!
Xarici dil müəllimimiz İlahə Quliyeva 7,8 və 9-cu sinif şagirdləri ilə birgə gündəmdə olan "Süni intellekt və Meta Dünya" mövzusunda işlədikləri 3 layihəyə görə Avropa Keyfiyyət Nişanlarına layiq görülüb!
Qeyd edək ki, “eTwinning” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olub, Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən həyata keçirilir. Layihənin məqsədi yerli müəllim və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq, həmçinin təhsilin inkişafı yönündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi