BSQ-lərin keçirilməsi davam edir

2023/2024-cü tədris ilinin illik Fəaliyyət Planına əsasən, 22/01/2024-cü il tarixdə məktəbdə I yarımil üzrə BSQ-lərin keçirilməsi davam etmişdir. BSQ məktəbin illik Fəaliyyət Planına uyğun olaraq təyin olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirilir. 11-ci siniflərdə buraxılış fənləri üzrə (Azərbaycan dili,Riyaziyyat,İngilis dili) keçirilən bu imtahan zamanı nəzarətçi müəllimlərin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş, məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova prosesə sona qədər nəzarət etmişlər.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!