Nümunəvi dərs keçirilib

       2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən Kimya-Biologiya fənn aylığı ərəfəsində 22/01/2024-cü il tarixdə məktəbin Biologiya müəllimi və həm də metodbirləşmə rəhbəri Abdullayeva Aliyə 8 c sinfində nümunəvi dərs keçmişdir. Nümunəvi dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və Biologiya müəllimi Kərimova Xəyalə iştirak etmişlər və onlar müvafiq meyarlar üzrə qiymətləndirmə aparmışlar.
Biologiya fənnindən "Ağciyərlər, tənəffüs hərəkətləri, qazlar mübadiləsi" mövzusu üzrə keçirilən  bu nümunəvi dərs "MimioStudio" proqramında yığılmışdır. Dərs zamanı müəllim şagirdləri nəzəri  biliklərlə tanış etdi. Bu zaman həm İKT, həm də  əyani vəsaitlərdən istifadə olunaraq , şagirdlərin fəallığı təmin olundu.Dərsin sonunda "Jeopardylabs" proqramı vasitəsilə (oyun şəklində) şagirdlər sual-cavab olundu.
Çox maraqlı keçən bu dərsə görə,təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova  müəllimə və şagirdlərə təşəkkürünü bildirdi və uğurlar arzuladı.
     Dərsdən sonra  müzakirə təşkil olunmuş,dərs haqqında fikir mübadiləsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi