Dərsdinləmələrin keçirilməsi davam edir

2023-2024-cü tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"na əsasən biologiya fənn aylığı çərçivəsində məktəbin biologiya müəllimi Babayeva Nailənin 7 c sinfində dərsi dinlənilmişdir.
"Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi" mövzusu üzrə bağırsaqboşluqluların ümumi xüsusiyyətləri,onların sistematikası haqqında müzakirələr aparıldı. Müəllim,tablolardan,elektron təqdimatlardan istifadə edərək dərsi qısa şərh etdi.Daha sonra şagirdlərə tapşırıqlar verildi.Şagirdlər bağırsaqboşluqluların səciyyəvi xüsusiyyətləri ilə bağlı tapşırıqları yerinə yetirdikdən sonra təqdim etdilər.
Dərsin sonunda müzakirə təşkil olunaraq müəllimə müəyyən tövsiyyələr verilmişdir.