Şəhid ailəsinə ziyarət təşkil olunub

Məktəbin 1 e sinif şagirdləri sinif rəhbəri Məmmədova Diyananın rəhbərliyi ilə Şəhid Saleh Əliyevin ailə üzvləri ilə görüşə gediblər.Saleh Əliyevin anası Solmaz xanım, şagirdlərə Şəhid balasının həyatından xatirələr danışmış,onun keçdiyi döyüş yolu haqqında şagirdlərin verdiyi sualları cavablandırmışdır.
Qısa və şərəfli həyat yolu keçən Şəhid Saleh Əliyevin və bütün Şəhidlərin əziz xatirələri hər zaman qəlbimizdə yaşayacaqdır.