"20 yanvarın bizə verdiyi vətəndaş dərsi"

         Bakı Şəhər Təhsil İdarəsinin müvafiq təlimatı ilə bağlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tədbirlər Planına əsasən 18 yanvar 2024-cü il tarixdə məktəbin direktoru və riyaziyyat müəllimi Yasin Quliyev  11 a sinfində 20 Yanvara həsr olunan xüsusi dərs keçmişdir.    
"20 yanvarın bizə verdiyi vətəndaş dərsi"-mövzusu üzrə şagirdlərlə müzakirə quran Yasin müəllim,20 Yanvar hadisəsinin  milli məfkurənin inkişafına təkan vermiş hadisə,eləcə də onun Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olması ilə bağlı fikir mübadiləsi aparmış, bunun uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğu ilə bağlı fikirlər səsləndirmişdir.
20 Yanvar faciəsinin məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini alması və Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin də şəhidlərin xatirəsinin uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərməsi ilə bağlı verdiyi sərəncam və qərarlar haqqında geniş müzakirə aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi