"Azadlıq carçıları" adlı tədbir təşkil olunub

Bakı Şəhər Təhsil İdarəsinin müvafiq təlimatı ilə bağlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tədbirlər Planına əsasən məktəbdə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən 19 yanvar tarixində məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə Dil-ədəbiyyat müəllimi Qədimova Səadət, Tarix müəllimi Əmiraslanova Səbinə, ibtidai sinif müəllimi Salahova Rəna və Musiqi müəllimi Qurbanova Məryəmin birgə hazırladıqları "Azadlıq carçıları" adlı tədbir təşkil olunmuşdur.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilmiş,Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra tədbir boyunca Qanlı Yanvar hadisələrindən bəhs edən slaydlar,videolar nümayiş olunub,şagirdlər tərəfindən hüzn günü ilə bağlı şeirlər, musiqilər, təqdimatlar səsləndirilmişdir.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak etmişlər.
Sonda məktəbin direktoru Yasin Quliyevə söz verilmişdir.Direktor 20 Yanvar hadisələri ilə bağlı fikirlərini səsləndirmiş,bu tarixi faciənin həm də milli şüurumuzun oyanış günü,qürur günü kimi yaddaşlarda qaldığını qeyd etmişdir.Məhz bu hadisədən sonra müstəqilliyimizin əldə olunması,azad ölkənin azad vətəndaşları olmağımız haqqında fikirlərini şagirdlərə çatdırmışdır.O,bildirmişdir ki,məhz buna görə də bu günümüzü,gələcəyimizi borclu olduğumuz Şəhidlərimizi hər an xatırlamalı ,onları heç zaman unutmamalıyıq.