Nümunəvi dərs keçirilib

         2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən Kimya-Biologiya fənn aylığı ərəfəsində 16/01/2024-cü il tarixdə məktəbin Kimya müəllimi Yusifova Zülfiyyə 9 a sinfində nümunəvi dərs keçirmişdir. Nümunəvi dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və metodbirləşmə rəhbəri Abdullayeva Aliyə iştirak etmişlər və onlar müvafiq meyarlar üzrə qiymətləndirmə aparmışlar.
"Sulfat turşusu " mövzusunda keçirilən bu dərs zamanı   Zülfiyyə  müəllim sulfat turşusu haqqında olan biliklərin həm nəzəri, həm də praktiki (təcrübi) olaraq şagirdlər tərəfindən mənimsənilməsinə nail oldu.Dərsin gedişi zamanı onlayn proqramlardan istifadə olundu. Mövzu "Book-creator" proqramında yığılmışdı. Nəzəri biliklər verildikdən sonra "Jeopardylabs" proqramı vasitəsilə (oyun şəklində) şagirdlər sual-cavab olundu. Təcrübi biliklərin yoxlanması  isə, "Wheel of names" programı vasitəsilə həyata keçirildi. Təcrübələr  vasitəsilə nəzəriyyədə deyilənlər sübuta yetirildi.Dərs həm maraqlı keçdi, həm də  mövzunun həyati əhəmiyyətinə , tətbiqinə diqqət çəkildi.Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova gözəl dərs nümunəsi üçün müəllimə və şagirdlərə təşəkkürünü bildirdi və uğurlar arzuladı.
     Dərsdən sonra  müzakirə təşkil olunmuş,dərs haqqında fikir mübadiləsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi