Praktiki dərs keçirilib

2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən Kimya-Biologiya fənn aylığı ərəfəsində 16/01/2024-cü il tarixdə məktəbin biologiya müəllimi Kərimova Xəyalə 5 c sinfində "Təbiət"fənni üzrə praktiki dərs keçmişdir.
Mövzu: Maddələrin suda həll olması
Məqsəd: Həll olan və həll olmayan maddələri tanıyır;
Bəzi bərk maddələrin suda həll olmasına tempraturun necə təsir etdiyini başa düşür.