BSQ- lərin keçirilməsinə başlanılıb

2023/2024-cü tədris ilinin illik Fəaliyyət Planına əsasən, 16/01/2024-cü il tarixdə məktəbdə I yarımil üzrə BSQ-lərin keçirilməsinə başlandı.
BSQ məktəbin illik Fəaliyyət Planına uyğun olaraq təyin olunmuş vaxtda məktəb rəhbərliyinin və imtahan komissiyasının nəzarəti ilə keçirildi. 7-ci siniflərdə keçirilən bu imtahan zamanı məktəb rəhbərliyinin iştirakı ilə şəffaflıq və obyektivlik təmin edilmiş, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova prosesə sona qədər nəzarət etmişdir.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!