İbtidai siniflərdə dərsdinləmələr davam edir

2023-2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən,təlim metodlarının və texnologiyalarının tədbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi, şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə və müəllim şagird münasibətlərinin öyrənilməsi məqsədilə ibtidai siniflərdə dərsdinləmələr davam edir. Bu dəfə ibtidai sinif müəllimi Həsənova Günelin 1c sinfində dərsi dinlənilmişdir. Dərsin müşahidəsi zamanı dərsin məqsədi, standartlara və məzmuna uyğunluğu, dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətlər, qiymətləndirmə meyarları və s. proseslər dərsi dinləyən təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Xudaverdiyeva Ülviyyə tərəfindən qeyd olunmuşdur. Dərsdinləmənin sonunda müzakirə təşkil olunaraq müəllimə müvafiq tövsiyyər verilmişdir.