ATİHİK - nin hesabat iclası keçirilib

11.01.2024-cü il tarixində 71 nömrəli tam orta məktəbin ATİHİT-nın hesabat iclası təşkil edildi. İclasda 71 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının 104 nəfər üzvü və Sabunçu rayon ATİHİK- nin sədri Alı Məmmədov iştirak edirdi. İclasda məktəbin Həmkarlar təşkilatının sədri Abdullayeva Mətanət çıxış edərək 2019 - 2023-cü illər üzrə görülmüş işlərin hesabatını təqdim etdi, eləcə də təftiş komissiyasının hesabatı da təqdim edildi. Sonra həmkarlar təşkilatının 5 nəfərdən ibarət idarə heyəti, 3 nəfər təftiş komissiyasının üzvləri və Həmkarlar təşkilatının sədri səsvermə üsulu ilə seçildi.