Şagirdlərimizin uğuru

Sabunçu rayonu 71 nömrəli tam orta məktəbin şagirdləri "Bebras"- İnformatika və Alqoritmik düşüncə yarışmasında böyük maraq və həyəcanla iştirak etmişlər.
Layihənin koordinatorlarından olan məktəbin informatika müəllimi Həsənova Aytənin rəhbərliyi ilə layihənin ilk turunda şagirdlərimiz uğur qazanaraq sertifikat əldə etmişlər. 11/01/2024-cü il tarixdə sertifikatlar təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən şagirdlərə təqdim edilmişdir.
Məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.