BSQ-nin keçirilməsi ilə bağlı direktoryanı iclas keçirilib

09/01/2024-cü il tarixdə 2023-2024-cü tədris ili üçun məktəbin Fəaliyyət Planına əsasən şagirdlərin bilik və bacarıqlarının l yarımil üzrə yekun qiymətləndirilməsinin keçirilməsi ilə bağlı məktəb rəhbərliyi və metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
İclasda məktəbin direktoru Yasin Quliyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, eləcə də bütün fənlər üzrə metodbirləşmə rəhbərləri iştirak edirdi. BSQ-nin keçirilməsi ilə bağlı geniş müzakirə aparıldı və direktorun vacib tapşırıqları dinlənildi.
Metodbirləşmə rəhbərləri də çıxış etdikdən sonra verilən suallar rəhbərlik tərəfindən cavablandırıldı.Yekun olaraq bütün fikirlər dinlənilərək müvafiq qərarlar qəbul olundu.