Şagirdlərimizin uğurları

“eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurla həyata keçirilməsi davam etməkdədir.
Məktəbin ingilis dil müəllimi İlahə Quliyeva bu layihənin səfirlərindən biri olaraq vaxtaşırı müxtəlif layihələr həyata keçirir. Belə layihələrin birində iştirak edən şagirdlərimiz uğurla çıxış edərək sertifikatla mükafatlandırılıblar. 09.01.2024-cü il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və "eTwinning layihəsinin səfiri İlahə Quliyevanın iştirakı ilə bu sertifikatlar şagirdlərə təqdim edilmişdir.
Məktəbin direktoru Yasin Quliyev başda olmaqla, bütün kollektivimuz adından şagirdlərimizi təbrik edir, müvəffəqiyyətlər arzu edirik!