Nümunəvi dərs keçirilib

2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4.bəndinə əsasən Kimya-Biologiya fənn aylığı ərəfəsində 08/01/2024-cü il tarixdə məktəbin Kimya müəllimi Həsənova Lalə 7 e sinfində nümunəvi dərs keçirmişdir. Dərsdinləmədə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və metodbirləşmə rəhbəri Abdullayeva Aliyə iştirak etmişlər və onlar müvafiq meyarlar üzrə qiymətləndirmə aparmışlar. Dərsin sonunda müzakirə təşkil olunaraq müəllimə müəyyən tövsiyyələr verilmişdir.