"Gücümüz həmrəyliyimizdə,birliyimizdədir" adlı tədbir keçirilib

         30/12/2023-cü il tarixdə məktəbin illik Fəaliyyət Planına  əsasən "Gücümüz həmrəyliyimizdə, birliyimizdədir" adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla,dil-ədəbiyyat müəllimi Əzimova Gülnarə və musiqi müəllimi Qurbanova Məryəmin birgə fəaliyyəti ilə ərsəyə gətirilən bu gözəl tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilmiş,Məryəm müəllimin rəhbərlik etdiyi xor qrupunun ifasında rəngarəng mahnılar təqdim olunmuş, rəqslər  ifa edilmişdir.Yüksək əhval-ruhiyyədə keçən bu tədbirin sonunda məktəbin direktoru Yasin Quliyevə söz verilmişdir.Yasin müəllim, "Həmrəylik günü"nün tarixi ilə bağlı fikirlərini şagirdlərlə bölüşmüşdür.
O, həmrəylik və birliyə can atan Azərbaycan xalqının mücadiləsindən, Naxçıvan əhalisinin Araz çayı boyunca çəkilmiş sərhəd dirəklərini dağıtması ilə ölkədə yaratdığı böyük rezonansdan söz açmış və qeyd etmişdir  ki, bu tarixi hərəkata siyasi qiymət verən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması qərara alınıb.Azərbaycançılıq ideyası,milli birliyimizə söykənən bu həmrəyliyin Vətən müharibəsi zamanı millətimizin, ordumuzun bu mənəvi birlikdən güc aldığını vurğulayan direktor,bundan sonra da Azərbaycanımızın çiçəklənməsi,daim inkişaf etməsi üçün hər zaman bir-birimizə dəstək olmanın,həmrəy olmanın vacibliyini qeyd etmişdir.Sonda isə,o, zalda iştirak edən hər bir şəxsi səmimi qəlbdən təbrik etmiş, 2024-cü ildə bol-bol uğurlar və müvəffəqiyyətlər arzulamışdır.

Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi