"İdmansevərlər" layihəsi ilə bağlı badminton turniri keçirilib

30/12/2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-124F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "İdmansevərlər" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq "Ümummilli Lider Heydər Əliyevin 100 illiyi"nə həsr olunmuş badminton turniri keçirilib. Turnir məktəbin fiziki tərbiyə fənni üzrə metodbirləşmə rəhbəri Cabarov Rüstəm, fiziki tərbiyə müəllimləri İmanov Elmar və Kazımova Şəbnəmin rəhbərliyi ilə Vl və Vlll sinif şagirdləri arasında təşkil olunmuşdur. Çox maraqlı və gərgin keçən bu yarışda Vll c sinif şagirdi - Əliyeva Ayan l yerə, 6 ə sinif şagirdi Mustafayeva Xədicə ll yerə, 7 e sinif şagirdi Dadaşova Məryəm lll yerə layiq görülmüşlər.
Məktəbin direktoru Yasin Quliyev qalib gələn şagirdləri təbrik etmiş və onları "Diplom"la təltif edərək bundan sonra da daha böyük nailiyyətlər qazanmalarını arzulamışdır.