"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş xüsusi dərslər keçirilib

Dekabrın 30-da məktəbin Fəaliyyət planına uyğun olaraq Azərbaycançılıq məfkurəsinin təbliği məqsədi ilə məktəbin tarix müəllimi Ağayeva Vüsalə 6 ç sinfində,ingilis dili müəllimi Şahbəddinova Ləman 5 c sinfində, Abbasova Pərvanə 4 d sinfində "Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş xüsusu dərslər keçmişlər. Azərbaycançılıq ideyasının vacibliyindən bəhs edən bu dərslərdə müəllimlər qeyd ediblər ki, bu ideya milli birliyimizin əsası olmaqla yanaşı, həm də bütün dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində müstəsna əhəmiyyətə malikdir. Xüsusi dərsdə şagirdlərin ifasında şeirlər səsləndirilib,onların fikirləri dinlənilib və hazırladıqları divar qəzetləri nümayiş etdirilib.