İstedadlı şagirdlərin seçilməsi üzrə müsabiqə keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"na əsasən fənn aylıqları keçirilir. Riyaziyyat fənn aylığının sonuncu günü-30/12/2023- cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və metodbirləşmə rəhbəri Arzu Cəfərovanın iştirakı ilə 5- ci və 6- cı sinif şagirdləri arasında" Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş müsabiqə keçirilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin müəyyənləşdirilməsi, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir.