Təbiət və Azərbaycan tarixi fənləri üzrə monitorinq keçirilib

        29 dekabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və VII sinifləri üzrə monitorinq keçirilib.
VI sinifdə Təbiət, VII sinif Azərbaycan tarixi fənləri üzrə keçirilən bu monitorinqdə şagirdlər hər fəndən 20 sualı(19 qapalı,1 açıq) cavablandırmışlar.
               Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
    Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə obyektiv şəkildə həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi