Dərsdinləmələr keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən riyaziyyat fənni üzrə dərsdinləmələrin keçirilməsi davam edir. Məktəbin riyaziyyat müəllimləri- Rüstəmova İradənin 8 g sinfində və Zeynalova Zəkiyyənin 10 ç sinfində dərsləri dinlənilmişdir.
Dərsdinləmədə məqsəd tədris prosesində təlim metodlarının və texnologiyaların tədbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi, şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsi və müəllim - şagird münasibətlərini təhlil edilməsidir.
Riyaziyyat fənn aylığı çərçivəsində keçirilən bu dəfəki dərsdinləmədə də bu meyarlar nəzərə alınmaqla bütün dərs prosesi təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən qeyd olunmuşdur.