Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı direktoryanı iclas keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən təhsilalanların inkişaf dinamikasının izlənilməsi məqsədilə vaxtaşırı monitorinqlər keçirilir və nəticələr müzakirə olunaraq müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq 25/12/2023-cü il tarixdə keçirilmiş direktoryanı iclasda da bu məsələ ilə bağlı müzakirə olmuşdur.
Məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə keçirilən bu iclasda V - Xl siniflərdə buraxılış fənləri üzrə monitorinq nəticələri təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən açıqlandıqdan sonra müzakirə edilmişdir.İclasda çıxış edən Yasin Quliyev monitorinqin nəticələrinə uyğun olaraq şagird nailiyyətlərinin artırılmasına istiqamətlənmiş dəstəkləyici planların hazırlanması və icrası ilə bağlı fikirlər səsləndirmişdir. Sonda müvafiq qərarlar qəbul edilmişdir.