"Qarabağın işğaldan azad olunmuş rayonlarının tarixi və coğrafiyası haqqında" elmi-praktiki konfrans keçirilib

         2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən tarix müəllimi Quliyeva Gülnaz və coğrafiya müəllimi Xəlilova Fatimə 25/12/2023-cü il tarixdə "Qarabağın işğaldan azad olunmuş rayonlarının tarixi və coğrafiyası haqqında" elmi-praktiki konfrans təşkil etmişlər. Məktəbin direktoru Yasin Quliyev, təlim/tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tarix və coğrafiya müəllimlərinin, eləcə də 10,11-ci sinif şagirdlərinin də iştirak etdiyi bu tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra söz şagirdlərə verilib. Bu dəfəki konfrans Ağdam rayonunun tarixi və coğrafiyasına həsr olunmuşdur. Müəllimlərin rəhbərliyi altında məktəb şagirdləri mövzu ilə bağlı əhatəli təqdimat hazırlamışdılar. Belə ki, onlar rayonun keçdiyi tarixi inkişaf mərhələləri, tarixi abidələri,memarlıq nümunələri, tarixi şəxsiyyətlər, erməni vandalizmi, Qarabağ müharibəsi və nəticələri, rayon Şəhidləri, Ağdama qayıdış, Ali Baş Komandan, Prezident İlham Əliyevin səfərləri və s., eləcə də rayonun fiziki coğrafi xüsusiyyətləri ,təbiəti,iqlim şəraiti, torpaq -bitki örtüyü, relyefi, çayları və digər coğrafi obyektlər haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Eyni zamanda Ağdam rayonun iqtisadiyyatının əhatə olunduğu əsas sahələr, həmin sahələrə işğal nəticəsində dəyən zərər və müstəqilliyimizin bərpasından sonra həmin sahələrdə təşkil olunmuş layihələr, proqnozlaşdırılan dəyişikliklərin statistikası ilə bağlı ətraflı məlumatlar səsləndirmişlər.
         Sonda çıxış edən məktəb rəhbəri Yasin Quliyev müəllimlərə və şagirdlərə təşəkkürünü bildirmiş, bəzi tövsiyyələr vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi