Məktəbimiz növbəti uğuru qazanıb

         Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında aprel - may aylarında  keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin kitab təqdimatı keçirilmişdir.
      Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini və 3000-dən çox şagirdinin iştirak etdiyi müsabiqədə paytaxtın hər rayonundan 5 referat olmaqla  60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
          Müsabiqənin Bakı şəhəri üzrə qaliblərindən biri, 11"A" sinif şagirdi Xanvəliyeva Nuranə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının  əmrinə əsasən xüsusi Sertifikatla təltif olunmuşdur.
         Referatın hazırlanmasında elmi məsələlər üzrə əziyyəti olan, tarix müəllimi Gülnaz Quliyevaya və şagirdimizə bundan sonra da daha böyük uğurlar qazanmağı arzu edirik.
                Qalibiyyət münasibətilə bütün  71 ailəsini səmimi qəlbdən təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi