"Yaşadığımız diyarın dərman bitkiləri" mövzusunda təqdimat keçirilib

19/12/2023-cü il tarixdə məktəbin 7 ç sinif şagirdləri ölkəmizin müxtəlif bölgələrində yetişən dərman bitkiləri ilə bağlı təqdimat hazırlamışlar. Təqdimat zamanı şagirdlər hazırladıqları maraqlı məlumatları, tabloları, videoslaydları, evdən gətirdikləri bəzi dərman bitkilərinin xüsusiyyətləri ilə bağlı bilgiləri təqdim etmişlər.
Biologiya müəllimi: Cəfərova Zərifə