Dərsdinləmələrin keçirilməsi davam edir

18/12/2023-cü il tarixdə məktəbin riyaziyyat müəllimi Nuriyeva Esmiranın 5 c sinfində dərsi dinlənilmişdir. Dərsdinləmədə məqsəd tədris prosesində təlim metodlarının və texnologiyaların tədbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi, şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsi və müəllim - şagird münasibətlərini təhlil edilməsidir.
Riyaziyyat fənn aylığı çərçivəsində keçirilən bu dəfəki dərsdinləmədə də bu meyarlar nəzərə alınmaqla bütün dərs prosesi təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən qeyd olunmuşdur.
Sonda dərs təhlil olunmuş, şagirdlərlə aparılan diskussiya, müzakirə, dərsin mərhələləri və edilən fəaliyyətlər arasında məzmun əlaqəliliyi və məntiqi ardıcıllığın təmin olunması dərsin müsbət tərəfləri kimi müəllimə bildirilmişdir.