Peşəyönümü ilə bağlı görüş keçirilib

       18/12/2023-cü il tarixdə “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəbdə şagirdlərlə görüş keçirilib. Görüşdə bu tədbiri böyük məmnunluqla qiymətləndirərək dəstək olan məktəb direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, müəllimlər- Fəridə Məhərrəmova, Afaq Nəbiyeva, Susanna Abduləzimova, 10-cu və 11-ci siniflərin şagirdləri iştirak etmişlər.
“İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, dövlət və özəl sektorda çalışan, peşəkar həyatda uğur qazanan şəxslərlə şagirdlərin görüşünü təşkil edərək fərdi inkişafa dəstək olmaqdır.
       Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində  məktəbimizin məzunları olmuş Zəhra Həşimova və Rəşid Məmmədov böyük sevgi ilə şagirdlərlə öz təcrübələrini bölüşdülər.
Hal-hazırda peşəkar fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş mütəxəssis olaraq davam edən Zəhra Həşimova və CBM Mühəndislik şirkətində keyfiyyət mütəxəssisi olaraq davam edən Rəşid Məmmədov  auditoriyaya təhsil aldıqları illərdə qazandıqları bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırmışlar. Daha sonra görüşdə fəal iştirak edən məktəb şagirdlərinə hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.
       Sonda məktəbin direktoru Yasin Quliyevə söz verilmişdir. Məktəb rəhbəri şagirdlərin dünyagörüşünün formalaşmasında, onların gələcək uğurlarının qazanılmasında böyük əhəmiyyət kəsb edən bu gözəl layihənin yaradıcılarına və məktəbin məzunları olmuş Zəhra Həşimovaya, Rəşid Məmmədova təşəkkür edərək dərin minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi