"Dilimizi qoruyaq" Tədbirlər Planına uyğun olaraq ziyalılarla görüş keçirilib

15/12/2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dlimizi qoruyaq"şüarı altında Tədbirlər Planının 4-cü bəndinə uyğun olaraq görkəmli ziyalılar-yazıçı,
Azərbaycan Teleradiosunun ali diktoru, "Tərəqqi" medalı mükafatçısı, Xalq artisti Eldost Bayram və şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü "Şöhrət" ordenli türkoloq Ramiz Əskərlə məktəb şagirdlərinin görüşü keçirilmişdir. Dəyərli ziyalılarımızı şagirdlərə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla təqdim etdi. Çox maraqlı keçən bu görüşdə qonaqlarımızın söhbətləri dinlənilmiş və şagirdlər tərəfindən verilən suallar cavablandırılmışdır.
Şagirdlərin dünyagörüşünün formalaşmasında,bədii təxəyyülünün, məntiqi təkkürlərinin inkişafında, vətəndaşlıq tərbiyəsində böyük əhəmiyyət kəsb edən bu görüş rəğbətlə qarşılanmışdır. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və müəllimlər iştirak etmişlər.
Sonda Yasin Quliyevə söz verilmişdir. Məktəb rəhbəri dəvəti qəbul edib gəldiklərinə görə, bu görkəmli ziyalılarımıza bütün kollektiv adından təşəkkür etmiş və minnətdarlığını bildirmişdir.