VII və IX siniflər üzrə monitorinq keçirilib

14/12/2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Vll və IX siniflər üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilmişdir.