Ekskursiya təşkil olunub

       11 dekabr 2023-cü il tarixdə məktəbin 3 ç sinif şagirdləri sinif rəhbəri Xudaverdizadə Ülviyyənin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin Ev Muzeyinə ekskursiya etmişlər. Muzeydə, şagirdlər dahi Azərbaycan bəstəkarı, musiqişünas - alim, publisist, dramaturq, pedaqoq olan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış oldular.
        Şagirdlərin baxdığı bütün əşyalar bəstəkarın yaşadığı dövrlərdə olduğu kimi toxunulmadan saxlanılırdı. Dahi əsərlər bəstələdiyi royal, söhbətlər apardığı qonaq otağı, toxunduğu, nəfəsinin dəydiyi qab-qacaq, böyük səhnələrə çıxan zaman geyindiyi frak, "Mənim ağıllı saatım" adlandırdığı divar saatı və s. şagirdlərin diqqətini cəlb etdi.
        Sonda isə şagirdlər bu dahi insanın necə böyük və mərhəmətli qəlbə sahib olduğunu göstərən əhvalatları da dinlədilər...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi