Gül bayramı

Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ölkəmizin hər yerində həmişə böyük təntənə ilə qeyd edilir.Bu əlamətdar hadisə ilə bağlı olaraq paytaxtımızın müxtəlif yerlərində Gül bayramı keçirilir. Mayın 7-də Sabunçu rayonunda da İcra Hakimiyyəti tərəfindən keçirilən Gül bayramında rayon ərazisində yerləşən təhsil,mədəniyyət və rayon ictimaiyyəti yaxından iştirak etmişdi.Məktəblilərin əl işləri öz rəngarəngliyi ilə göz oxşayırdı. Sabunçu rayonu məktəbləri içərisində bizim məktəbimiz də bu tədbirdə öz əl işlərini nümayiş etdirdi. Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin böyük təntənəsi kimi parkda sərgilənmiş gül kompozisiyaları,tətbiqi sənət nümunələri,rəsm,plakat və əl işləri açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradırdı. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi