"Hazırcavablar"

Sinif rəhbəri olduğum 3 c sinif şagirdləri bilik və bacarıqları,intellektual qabiliyyətləri ilə daima seçilirlər.Onların təhsilə ,elmə,müxtəlif yaradıcı işlərə olan maraqları bir müəllim kimi məni çox sevindirir.Onlar mütaliə etməyi çox sevirlər.Respublikamızın ictimai- siyasi həyatında baş verən hadisələri izləyir və tez-tez düşündürücü suallarla mənə müraciət edirlər.Dövlət televiziyasında yayımlanan “Hazırcavablar”klubunda iştirak etmək istəkləri də məhz onların öz istəkləri ilə gerçəkləşmişdi.Bu bilik yarışında I yerə çıxmaları onların geniş dünyagörüşünə malik olduqlarını bir daha sübut etdi. Sevimli şagirdlərimi təbrik edir,onlara uğurlu gələcək arzulayıram.