Dərsdinləmələr keçirilir

08/12/2023-cü il tarixdə məktəbin riyaziyyat müəllimi Mehdiyeva Samirənin 7 b sinfində dərsi dinlənilmişdir. Riyaziyyat fənn aylığı çərçivəsində keçirilən bu dərsdinləmə zamanı dərsin məqsədi, standartlara və məzmuna uyğunluğu, dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətlər, qiymətləndirmə meyarları və s. proseslər dərsi dinləyən məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən qeyd olunmuşdur. Dərsdinləmənin sonunda direktorun iştirakı ilə müzakirə təşkil edilərək dərs təhlil olunmuş, müəllimə müvafiq tövsiyyər verilmişdir.