Nümunəvi dərs keçirilib

İngilis dili fənn aylığı ərəfəsində məktəbin İngilis dili müəllimi Mikayılova Fərqanə 8D sinfində nümunəvi dərs keçib.
Dərsin keçirilməsinin məqsədi tədris prosesinin standartlara və məzmuna uyğunluğu, müəllimin dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyəti və qiymətləndirmə meyarları barədə məlumatlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir.
Dərsi dinləyən məktəbin direktor müavini Zərifə Cəfərova tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirmə aparılıb, sonda bu barədə müəllimə müvafiq tövsiyyələr verilib.