Görkəmli ziyalı ilə görüş keçirilib

Görkəmli ziyalı, yazıçı Şərif Ağayarovla məktəb şagirdlərinin görüşü keçirilib.
Görüşdə məktəbin direktor müavinləri Şəhla Seyidbalayeva, Zərifə Cəfərova, Elnurə İsmayılova və müəllimlər də iştirak ediblər.
Məktəbin direktor müavini Şəhla Seyidbalayeva Görkəmli ziyalı, yazıçı Şərif Ağayarov barədə şagirdlərə məlumat verib. Bildirib ki, Ş.Ağayarov 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Tərəqqi"medalı ilə, 2021-ci ildə isə, "Laçın" döş nişanı ilə təltif olunub.
Daha sonra şagirdlərlə maraqlı söhbət edən Ş.Ağayarov bu görüşün məhz "Laçın şəhəri günü"nündə keçirilməsinin xoş bir təsadüf olduğunu söyləyib.
Görüşdə şagirdləri maraqlandıran suallar səsləndirilib.
Qeyd edək ki, şagirdlərin dünyagörüşünün formalaşmasında,bədii təxəyyülünün, məntiqi təkkürlərinin inkişafında, vətəndaşlıq tərbiyəsində böyük əhəmiyyət kəsb edən bu görüş rəğbətlə qarşılanıb. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri-Zərifə Cəfərova, Elnurə İsmayılova və müəllimlər də iştirak etmişlər.
Sonda onun dəvətini qəbul edib gəldiyi üçün məktəbin direktoru Yasin Quliyevin adından Şərif Ağayarova təşəkkür və minnətdarlıq bildirilmişdir.