Bakı Zooloji Parkına ekskursiya təşkil edilib

"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbin 1D sinif şagirdləri sinif rəhbəri Mirzəyeva Aygülün rəhbərliyi ilə Bakı Zooloji Parkına ekskursiya ediblər.

Şagirdlər Azərbaycanın və digər ölkələrin unikal flora, fauna nümunələri ilə tanış olub, nadir və nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi barədə biliklər əldə ediblər.

Qeyd edək ki, şagirdlərin bu cür ekskursiyalara cəlb olunması onların ekoloji, bioloji və coğrafi bilik və bacarıqlarının təkmilləşdirilməsində və təbiətə və canlı aləmə sevgi, qayğı hisslərinin aşılanmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi